25 oktyabr 2024. Cümə

"Fulhem"dən braziliyalı oyunçu üçün təklif

"Fluminense"yə yarımmüdafiəçi Andre Trindade karyerasını İngiltərədə davam etdirə bilər.


  • Transfer
  • 13:39 19.01.2024
  • Oxunma sayı: 82
"Fulhem"dən braziliyalı oyunçu üçün təklif

"Fluminense"yə yarımmüdafiəçi Andre Trindade karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, "Fulhem" klubu brazilyalı üçün klubuna təklif göndərib.

Premyer Liqa klubu futbolçu üçün 30 milyon avro, həmçinin bonus olaraq daha 5 milyon avro ödəməyə hazırdır. Mümkün əməkdaşlığın şərtləri artıq futbolçunun özü ilə razılaşdırılıb.

Yarımmüdafiəçi ilə bir çox Premyer Liqa klubları, o cümlədən Liverpul da maraqlanır.

Trindadenin "Fluminense" ilə müqaviləsi 2026-cı ilin dekabr ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, futbolçu "Fluminense"nin öz yetirməsidir.O, 2021-ci ildən əsas heyətdə çıxış edir, bu mövsüm isə sadəcə 2 matçda iştirak edib.







Transfer