25 oktyabr 2024. Cümə

Mourinyonun yeni iş yeri bəlli oldu

“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubuna rəhbərlik edəcək.


  • Transfer
  • 14:35 19.01.2024
  • Oxunma sayı: 113
Mourinyonun yeni iş yeri bəlli oldu

“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubuna rəhbərlik edəcək.

90deqiqe.az xəbər verir ki, bu barədə “Aawsat” xəbər verir.

Mənbənin məlumatına görə, 60 yaşlı mütəxəssis  Ərəbistanı təmsilçisində işləmək üçün şifahi razılıq verib.  Portuqaliyalı çalışdırıcının yaxın vaxtlarda klubla şəxsi müqaviləsinin şərtlərini razılaşdırmaq üçün Ər-Riyada uçacağı gözlənilir.

Hazırkı Səudiyyə Ərəbistanı çempionatının 19 turundan sonra “Əl-Şəbab” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Xatırladaq ki, Mourinyo yanvarın 16-da “Roma”nın baş məşqçisi postundan qovulub. O, daha əvvəl "Çelsi", "Tottenhem", "Mançester Yunayted", "Porto", "İnter" və "Real"ı da idarə edib.







Transfer