27 iyul 2024. Şənbə

“Səbail” yeni transferinin müqavilə detallarını açıqladı

“Səbail” yeni transferi Madi Queta ilə 1,5 illik müqavilə bağlayıb.


  • Transfer
  • 15:31 19.01.2024
  • Oxunma sayı: 76
“Səbail” yeni transferinin müqavilə detallarını açıqladı

“Səbail” yeni transferi Madi Queta ilə 1,5 illik müqavilə bağlayıb.

90deqiqe.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti paylaşım edib.

Bildirilib ki, bu ilin ilk transferi olan 25 yaşlı vinger 2024/2025 mövsümünün sonuna qədər Bakı klubuna məxsus olacaq. Qvineya-Bissau yığmasının üzvü yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Madi Queta son olaraq Portuqaliyanın II divizion təmsilçisi “Mafra”da çıxış edib. Həmin ölkənin “Portu” klubunun yetirməsi olan futbolçu Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qoruyib. Queta 2022-ci ildən Qvineya-Bissau yığmasına çağırılır.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir