27 iyul 2024. Şənbə

Ziya Rəcəbov : "Federasiyada köklü dəyişikliklər olmasa, Azərbaycanda olmayacam" - EKSKLÜZİV

"Əli top tutan insanlar federasiya prezidenti olur"


  • Transfer
  • 17:05 19.01.2024
  • Oxunma sayı: 240
Ziya Rəcəbov : "Federasiyada köklü dəyişikliklər olmasa, Azərbaycanda olmayacam" - EKSKLÜZİV

90deqiqe.azın xəbər verdiyi kimi Voleybol üzrə Azərbaycan çempionatında mübarizə aparan “Xarı Bülbül Laçın” klubu fəaliyyətini dayandırıb. “Xarı Bülbül Laçın” və "Xarı Bülbül Şuşa" klublarının təsisçisi İlqar İmamquliyev mətbuata açıqlamasında ölkə çempionatının lideri olan kişilərdən ibarət “Xarı Bülbül Şuşa” komandasını da eyni aqibət gözlədiyini söyləyib. 

90deqiqe.az saytına eksklüziv müsahibə verən “Xarı Bülbül Şuşa” komandasının baş məşqçisi Ziya Rəcəbov isə Federasiya və gələcək fəaliyyətindən danışıb : 

-Bu hadisə Azərbaycan voleyboluna nə dərəcədə təsir göstərəcək? Və federasiya hansi addimlari atmişdı?

-Açığı bilmirəm Voleybol Federasiyasına təsiri necə olacaq. Bunlar gəldi gedərdilər. Sadəcə gələndə də yaxşı gəlmək lazım idi. Dəstək durmaq lazım idi. Voleyboldan başı çıxmayan insanlar hamısı Voleybol Federasiyandadır. Dünən əli top tutan insanlar bu gün Voleybol Federasiyasının prezidentidir və klubda rəhbərlik edir. Bu nüanslar davam etdikcə nəticə olmayacaq. Hər zaman bu yöndə etiraz etmişəm, mütəxəssislər qalıb kənarda, qeyr-peşəkar insanlar bu işlə məşğul olurlar.

-Siz özünüz gələcək karyeranız barəsində nələr planlayirsız?

-Bundan sonra Azərbaycanda olmayacam. Nə zamanki Azərbaycan Voleybol Federasiyasında köklü dəyişiklər olmayacaq, məndə bu ölkədə yoxam!. Getsinlər öz adamları ilə, yaltaqlarla işləsinlər!







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir