27 iyul 2024. Şənbə

"Lill"in futbolçusu İtaliya nəhəngində

"Lill"in müdafiəçisi Tiaqo Djalo karyerasını "Yuventus"da davam etdirəcək.


  • Transfer
  • 23:56 19.01.2024
  • Oxunma sayı: 80
"Lill"in futbolçusu İtaliya nəhəngində

"Lill"in müdafiəçisi Tiaqo Djalo karyerasını "Yuventus"da davam etdirəcək.

90deqiqe.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano "X" sosial şəbəkə hesabında məlumat yayıb.

O, Turin klubunun portuqaliyalı ilə 2028-ci ilə qədər müqavilə imzalayacağını bildirib.

23 yaşlı futbolçu İtaliyaya bazar günü yola düşəcək və bazar ertəsi tibbi müayinədən keçdikdən sonra yeni sözləşməyə qol çəkəcək.

"Yuventus" bu transfer üçün 3,5 milyon avro ödəyəcək və əlavə olaraq, müdafiəçinin gələcək satışından əldə olunan məbləğin 10%-ni Liqa 1 təmsilçisinə verəcək.

Qeyd edək ki, Tiaqo Djalo "Lill"in heyətində 102 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib. Bu mövsüm futbolçu zədə səbəbindən meydana çıxmayıb.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir