- Transfer
- 18:38 24.11.2024
"Nyukasl" yarımmüdafiəçiliyini gücləndirmək üçün prioritet namizəd müəyyənləşdirib.
90deqiqe.az “The Telegraph" nəşrinə istinadən xəbər verir ki, "sağsağanlar" “Everton”dan Amadou Onananın xidmətində maraqlıdır. Futbolçunu icarə əsasında heyətinə qatmaq üçün yaxın günlərdə təklif göndəriləcəyi bildirilib.
"Everton"un isə 22 yaşlı Onananı bu qış transfer pəncərəsində buraxmaq niyyətində deyil, lakin "Nyukasl" londonluları razı salmaq üçün çalışacaqlar.
Xatırladaq ki, belçikalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında ikinci mövsümünü keçirir. Bu müddət ərzində Onana öz mövqeyində çempionatın ən yaxşı futbolçularından biri kimi özünü təsdiqləməyi bacarıb. Amadu bu mövsüm Premyer Liqada 17 matçda 1 qol vurub.