- Transfer
- 18:38 24.11.2024
“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyonun hazırda Səudiyyə Ərəbistanında işləmək fikri yoxdur.
90deqiqe.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.
Mənbənin sözlərinə görə, portuqaliyalı mütəxəssis "Əş-Şəbab" klubundan təklif alıb, lakin indiki mərhələdə Mourinyo bunu qəbul etməyi planlaşdırmır.
60 yaşlı çalışdırıcının xidmətində İngiltərənin bir neçə klubu maraqlıdır.
Daha əvvəl Mourinyonun "Əş-Şabab"a rəhbərlik etməyə razı olduğu bildirilirdi.
Xatırladaq ki, portuqaliyalı çalışdırıcı yanvarın 16-da “Roma”nın baş məşqçisi vəzifəsindən azad edilib. Mourinyo həm də "Çelsi", "Tottenhem", "Mançester Yunayted", "İnter", "Real Madrid" və "Portu"da fəaliyyəti ilə tanınır.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis 2021-ci ilin yayında Roma klubuna rəhbərlik edəcək. 2021/2022 mövsümündə onun rəhbərliyi altında "Roma" Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “Canavarlar” Avropa Liqasının finalına yüksəlib.