25 noyabr 2024. Bazar ertəsi

Azərbaycan millisinin futbolçusu rəsmən Polşa klubunda

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Polşa klubu LKS-ə keçidi rəsmiləşib.


  • Transfer
  • 14:23 20.01.2024
  • Oxunma sayı: 92
Azərbaycan millisinin futbolçusu rəsmən Polşa klubunda

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Polşa klubu LKS-ə keçidi rəsmiləşib.

90deqiqe.az xəbər verir ki, Lodz təmsilçisi 28 yaşlı müdafiəçini transferini saytı vasitəsilə açıqlayıb.

O, yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən "Qarabağ"da top qovub. LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.

Millimizin üzvü Ağdam klubunda bu mövsüm 10 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.Onun Azərbaycan çempionu ilə müqaviləsi bu ilin yayında qədər nəzərdə tutulub.







Transfer

"Lion"dan A Seriyasına
  • Transfer
  • 22:18 22.11.2024
"Lion"dan A Seriyasına