- Transfer
- 18:38 24.11.2024
"Yuventus"un müdafiəçisi Aleks Sandro komandanı tərk edəcək.
90deqiqe.az xəbər verir ki, braziliyalı futbolçunun Turin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. "Yuventus"un futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırmır.
Sandro ilə Türkiyə və Braziliya klubları maraqlanır.
Qeyd edək ki, 2015-ci ildə "Porto"dan 28 milyon avro qarşılığında turinlilərə keçən 32 yaşlı futbolçu bu mövsüm sadəcə 7 matçda iştirak edib.