25 oktyabr 2024. Cümə

"Bavariya" onu transfer etməkdə israrlıdır

"Nyukasl"ın müdafiəçi Kieran Trippier karyerasını Almaniyada davam etdirə bilər.


  • Transfer
  • 17:42 20.01.2024
  • Oxunma sayı: 85
"Bavariya" onu transfer etməkdə israrlıdır

"Nyukasl"ın müdafiəçi Kieran Trippier karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki,  "Bavariya" ingilis futbolçunu transfer etməkdə israrlıdır. Münhen klubu bu transfer üçün "sağsağanlar"la danışıqları sürətləndirib və yaxın günlərdə müsbət nəticə əldə etmək istəyir.

2021-ci ildə "Atletiko Madrid"dən "Nyukasl"a keçən 33 yaşlı futbolçunun müqaviləsi 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

2023/2024 mövsümündə Kieran Trippier "Nyukasl"ın heyətində 28 oyunda iştirak edib və səkkiz məhsuldar ötürmə yazıb. Qeyd edək ki, nüfuzlu “Transfermarkt” portalının ekspertləri Trippyeri 11 milyon avro qiymətləndirirlər.







Transfer