22 oktyabr 2024. Çərşənbə axşamı

Balotelli İtaliya klubuna keçir

"Adana Dəmirspor"un hücumçusu Mario Balotelli  karyerasını İtaliyada davam etdirə bilər.


  • Transfer
  • 22:31 20.01.2024
  • Oxunma sayı: 114
Balotelli İtaliya klubuna keçir

"Adana Dəmirspor"un hücumçusu Mario Balotelli  karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki,  "Salernitana" klubu 33 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Klubdan futbolçunun transferi ehtimalının olduğu təsdiqlənsə də, lakin danışıqlara hələ başlanmadığı bildilir.  Seriya A təmsilçisi təcrübəli forvardla yüksək tələbləri olmadan iyuna qədər müqavilə imzalamağa razıdır.

Forvardın son italyan klubu 2021-ci ilin iyulunda tərk etdiyi "Monza" olub.

Qeyd edək ki, Balotelli hazırda klubla müqaviləsi 2026-cı ilə qədərdir. Bu mövsüm Balotelli Türkiyə çempionatında 5 matçda iştirak edib və 3 qol vurub.







Transfer