25 oktyabr 2024. Cümə

"Bavariya" və "Yuventus"un sabiq futbolçusu Super Liqa klubunda

"Bavariya" və "Yuventus"un sabiq yarımmüdafiəçisi Duqlas Kosta karyerasını Türkiyənin "Samsunspor"unda davam etdirə bilər.


  • Transfer
  • 22:46 20.01.2024
  • Oxunma sayı: 122
"Bavariya" və "Yuventus"un sabiq futbolçusu Super Liqa klubunda

"Bavariya" və "Yuventus"un sabiq yarımmüdafiəçisi Duqlas Kosta karyerasını Türkiyənin "Samsunspor"unda davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, tərəflər 2026-cı ilin iyununa qədər demək olar ki, şifahi razılığa gəliblər.

"Samsunspor" klubunun prezidenti Yüksel Yıldırım transferlə bağlı bunu bildirib: "Bu gün və sabah Duqlas Kostanın transferinə aydınlıq gətirəcəyik. Danışıqlarda müəyyən nöqtəyə gəlmişik."

33 yaşlı futbolçunun sonuncu komandası oktyabrda tərk etdiyi “Los Anceles Qalaksi” olub.Braziliyalı karyerası ərzində ümumilikdə 512 matçda iştirak edib, 76 qol vurub və 107 məhsuldar ötürmə edib. Duqlas Kosta 31 dəfə Braziliya millisində çıxış edib. O, hərəyə üç dəfə Bundesliqa və İtaliya A Seriyasının çempionluğunu qazanıb.







Transfer