25 oktyabr 2024. Cümə

"Çelsi" hücumçusuna klub axtarır

"Çelsi" hücumçu Armando Broya ilə ayrılmağa hazırdır.


  • Transfer
  • 16:24 21.01.2024
  • Oxunma sayı: 101
"Çelsi" hücumçusuna klub axtarır

"Çelsi" hücumçu Armando Broya ilə ayrılmağa hazırdır.

90deqiqe.az-ın məlumatına görə, "aristokratlar" oyunçunu 35 milyon funt-sterlinqə satın alma opsiyonu ilə mövsümün sonuna qədər icarəyə göndərmək istəyir.

Bildirilir ki, "Vulverhempton" alban futbolçunun xidmətində maraqlıdır.

Broya 2009-cu ildən "Çelsi"də top qovur. Onun müqaviləsi 2028-ci ilin yayında başa çatır. Bu mövsüm 22 yaşlı hücumçu bütün turnirlərdə 17 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalı albaniyalıya 28 milyon avro qiymət qoyub.







Transfer