24 dekabr 2025. Çərşənbə

Mourinyonun ərəblərlə işləmək planı yoxdur

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Səudiyyə Ərəbistanının "Əş-Şəbab" klubunu çalışdırmayacaq.


  • Transfer
  • 16:42 21.01.2024
  • Oxunma sayı: 179
Mourinyonun ərəblərlə işləmək planı yoxdur

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Səudiyyə Ərəbistanının "Əş-Şəbab" klubunu çalışdırmayacaq.

90deqiqe.az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O,  Mourinyonun “Əş-Şabab”ın yeni baş məşqçisi olmaq fikrində olmadığını qeyd edib.

Daha əvvəl "Əş-Şabab"ın Mourinyo üçün milyonlarla dollarlıq təklif hazırladığı, həmçinin beynəlxalq transferlər etməyə hazır olduğu bildirilmişdi.

Xatırladaq ki, “Roma” yanvarın 16-da Mourinyonu baş məşqçi postundan qoyub. Mütəxəssis 2021-ci ilin yayından Roma klubuna rəhbərlik edir. 2021/2022 mövsümündə Mourinyonun rəhbərliyi altında "Roma" Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “Qurdlar” Avropa Liqasının finalına yüksəlib.







Transfer

“Real”ı “Lion”a dəyişdi
  • Transfer
  • 20:54 23.12.2025
“Real”ı “Lion”a dəyişdi