- Transfer
- 22:11 12.10.2024
"Yuventus" türkiyəli hücumçu Kənan Yıldızla müqaviləni uzatmağa yaxındır.
90deqiqe.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, turinlilər yaxın vaxtlarda 18 yaşlı forvardla 2028/2029 mövsümünün sonuna qədər qüvvədə olan müqavilə imzalayacaq. Yeni müqavilənin şərtlərinə uyğun olaraq türkiyəli futbolçunun maaşı 3 dəfə artacaq.
Yıldız 2022-ci ildən Yuventusun 19 yaşlılarından çıxış edib. Bu mövsüm Byankoneri forvardı bütün turnirlərdə 19 oyunda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun Turin klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.