- Transfer
- 18:38 24.11.2024
"Nürnberq"in hücumameyilli yarımmüdafiəçisi Can Uzun karyerasını "Everton"da davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, London klubu 18 yaşlı futbolçu ilə maraqlanır. Premyer Liqa klubunun Türkiyə U-21 millisində çıxış edən gənc oyunçu üçün təklif göndərəcəyi bildirilir.
Uzunla Almaniyanın aparıcı klubları da mübarizə aparır.
Bu mövsüm Bundesliqada 16 matçda 2 oyun keçirən futbolçu 8 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "Nürnberq"lə müqavilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.