25 noyabr 2024. Bazar ertəsi

De Byazi İran klubu çalışdıra bilər

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi İranda çalışa bilər.


  • Transfer
  • 11:42 22.01.2024
  • Oxunma sayı: 112
De Byazi İran klubu çalışdıra bilər

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi İranda çalışa bilər.

90deqiqe.az-ın “tehrantimes.com” saytına istinadən məlumatına görə, italiyalı mütəxəssis xidmətində “Persepolis” klubu maraqlıdır.

Bu ayın əvvəlində baş məşqçi Yəhya Qolməhəmmədini istefaya göndərən Tehran təmsilçisi De Byazi ilə danışıqlara başlayıb.

Bu posta digər namizəd isə Nigeriya millisini çalışdıran portuqaliyalı Joze Vitor dos Santuş Pezeyrudur. 

Qeyd edək ki, Canni de Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. 67 yaşlı çalışdırıcının rəhbərliyi altında yığmamız 39 matça çıxıb, bu oyunlardan 10-da qələbə qazanıb, 8 görüşdə heç-heçə edib və 21-də isə meydanı məğlubiyyətlə tərk edib.







Transfer

"Lion"dan A Seriyasına
  • Transfer
  • 22:18 22.11.2024
"Lion"dan A Seriyasına