- Transfer
- 18:38 24.11.2024
“Araz-Naxçıvan” klubu daha bir futbolçusunu icarəyə verib.
90deqiqe.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Nihad Qurbanlı I Liqa komandası MOİK-ə keçib.
22 yaşlı oyunçu cari mövsümün sonuna qədər “hərbçilər”in formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl yarımmüdafiəçi Bayraməli Qurbanovu I Liqanın digər komandası “Difai”yə icarəyə verib.