- Transfer
- 18:38 24.11.2024
"Nyukasl"ın yarımmüdafiəçisi Migel Almiron karyerasını "Əş-Şəbab"da davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, tərəflər prinsipial razılığa gəliblər, lakin müqavilə hələ bağlanmayıb. "Sağsağanlar" maliyyə feyr-pley problemləri səbəbindən paraqvaylı futbolçunu satmağa hazırdır. Almironun özü də bu keçidin əleyhinə deyil.
Futbolçu 2019-cu ilin qışından "Nyukasl"da oynayır. Bu mövsüm 29 yaşlı vinger bütün turnirlərdə 31 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı paraqvaylıya 30 milyon avro qiymət qoyub.
Daha əvvəl “Əş-Şabab”ın “Sevilya”nın yarımmüdafiəçisi Susonun da xidmətində maraqlı olduğu iddia edilmişdi.