24 oktyabr 2024. Cümə axşamı

"Fənərbağça"dan Premyer Liqa klubuna

"Fənərbağça"nın yarımmüdafiəçisi Sebastyan Şimanski karyerasını "Tottenhem"də davam etdirə bilər.


  • Transfer
  • 20:04 22.01.2024
  • Oxunma sayı: 90
"Fənərbağça"dan Premyer Liqa klubuna

"Fənərbağça"nın yarımmüdafiəçisi Sebastyan Şimanski karyerasını "Tottenhem"də davam etdirə bilər.

90deqiqe Türkiyənin “Star” nəşrinə istinadən xəbər verir ki, londonluların rəhbərliyi 24 yaşlı yarımmüdafiəçini artıq cari transfer pəncərəsində almaq üçün İstanbul klubuna təklif göndərəcək. "Fənərbağça" liderlərindən birinin satışından ən azı 35 milyon avro qazanmaq niyyətindədir."Tottenhem"in baş məşqçisi Angelos Postecoglounda bu transfer ilə şəxsən maraqlandığı qeyd edilir.

Şimanski 2019-2023-cü illərdə Moskva "Dinamo"sunda çıxış edib. Polyak 2023-cü ilin iyulundan "Fənərbağça"da çıxış edir. Bu mövsüm İstanbul təmsilçisinin heyətində bütün turnirlərdə 33 oyun keçirən yarımmüdafiəçi 12 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 20 milyon avrodur.







Transfer