24 oktyabr 2024. Cümə axşamı

Super Liqa klubundan imtina etmişdi, bu kluba keçir

"Bavariya" və "Yuventus"un sabiq yarımmüdafiəçisi Duqlas Kosta "Fluminense"yə keçməyə yaxındır.


  • Transfer
  • 22:31 22.01.2024
  • Oxunma sayı: 96
Super Liqa klubundan imtina etmişdi, bu kluba keçir

"Bavariya" və "Yuventus"un sabiq yarımmüdafiəçisi Duqlas Kosta "Fluminense"yə keçməyə yaxındır.

90deqiqe.az xəbər verir ki, artıq tərəflər şifahi razılığa gəliblər. Yaxın vaxtlarda futbolçu tibbi müayinədən keçəcək və müqaviləyə imza atacağı gözlənilir.

Kosta ilə Türkiyənin "Samsunspor" klubu da maraqlanırdı. Türkiyə təmsilçisi futbolçu ilə razılaşsa da, son anda futbolçu bu keçiddən imtina edib.

33 yaşlı futbolçunun sonuncu komandası oktyabrda tərk etdiyi “Los Anceles Qalaksi” olub.Braziliyalı karyerası ərzində ümumilikdə 512 matçda iştirak edib, 76 qol vurub və 107 məhsuldar ötürmə edib. Duqlas Kosta 31 dəfə Braziliya millisində çıxış edib. O, hərəyə üç dəfə Bundesliqa və İtaliya A Seriyasının çempionluğunu qazanıb.







Transfer