18 oktyabr 2024. Cümə

"Yuventus" sabiq futbolçusunu geri qaytardı

Kanada "Toronto"sunun hücumçusu Federiko Bernardeski sabiq komandası "Yuventus"a qayıdıb.


  • Transfer
  • 23:47 22.01.2024
  • Oxunma sayı: 91
"Yuventus" sabiq futbolçusunu geri qaytardı

Kanada "Toronto"sunun hücumçusu Federiko Bernardeski sabiq komandası "Yuventus"a qayıdıb.

90deqiqe.az xəbər verir ki, Turin klubu sabiq futbolçusunu mövsümün sonuna qədər icarəyə götürüb. Bu barədə jurnalist Nikolo Şira X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.

O, italyan futbolçunun sabiq klubuna qayıtmaq arzusunda olduğu üçün az maaşa razı olduğunu bildirib. 

Xatırladaq ki, Federiko 2022-ci ilin yayında azad agent kimi İtaliya komandasından Torontoya keçmişdi. Ötən mövsüm 29 yaşlı futbolçu Amerika klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib və 5 qol vurub və iki məhsuldar ötürmə edib. Eyni zamanda, Transfermarkt internet portalının məlumatına görə, oyunçunun bazar dəyəri 5 milyon avrodur.







Transfer

"Real" yeni futbolçu tapıb
  • Transfer
  • 11:05 15.10.2024
"Real" yeni futbolçu tapıb