31 mart 2026. Çərşənbə axşamı

“Jirona”nın beş futbolçusu "Barselona"nın hədəfində

"Barselona" klubu yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.


  • Transfer
  • 10:13 23.01.2024
  • Oxunma sayı: 178
“Jirona”nın beş futbolçusu "Barselona"nın hədəfində

"Barselona" klubu yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.

90deqiqe.az xəbər verir ki, “blaugrana”nın idman direktoru Deko “Jirona”nın beş futbolçusunu eyni anda izləyir. Klubun transfer hədəfləri siyahısında Ales Qarsiya, Savio Moreyra, Yangel Herrera, eləcə də ukraynalı Viktor Tsıqankov və Artem Dovbik var. 

"Barselona" hazırda "Jirona"da icarə əsasında çıxış edən Erik Qarsiya və Pablo Torrenin hesabına bu futbolçuların transfer xərclərini azaltmaq niyyətindədir.

Daha əvvəl bildirilirdi ki, "Jirona" turnirin bitməsinə 17 tur qalmış topladığı xallara görə şəxsi La Liqa rekordunu müəyyənləşdirib. "Sevilya"ya məğlubiyyətdən (5:1) sonra "Jirona"nın La Liqa turnir cədvəlində 52 xalı var. Bu, klubun İspaniya çempionatındakı ən yaxşı göstəricisidir.

"Jirona" 51 xalı olan ikinci yerdə qərarlaşan "Real Madrid"i qabaqlayıb.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro