27 iyul 2024. Şənbə

"Betis"dən "Bayer"ə

"Bayer" cari qış transfer pəncərəsində heyətini "Betis"in hücumçusu Borxa İqlesiasla gücləndirmək niyyətindədir.


  • Transfer
  • 19:46 23.01.2024
  • Oxunma sayı: 100
"Betis"dən "Bayer"ə

"Bayer" cari qış transfer pəncərəsində heyətini "Betis"in hücumçusu Borxa İqlesiasla gücləndirmək niyyətindədir.

90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, Leverkuzenlilərin ispaniyalı forvardı bu mövsümün sonuna qədər birdəfəlik almaq şərti ilə icarəyə götürmək istədiyini bildirib. "Betis" də öz növbəsində oyunçunu satmaqda maraqlıdır.

Alman klubu 31 yaşlı futbolçunu zədəli hücumçusu  Viktor Bonifasa əvəzləyici olayaraq görür.


İqlesias 2020-ci ildən "Betis"də çıxış edir. Bu mövsüm forvard "ağ-yaşıllar"ın heyətində bütün turnirlərdə 18 oyunda iştirak edib və iki qol vurub, iki məhsuldar ötürmə edib. Futbolçunun ispan klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 8 milyon avrodur.

 

 







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir