- Transfer
- 18:38 24.11.2024
PSJ-nin yarımmüdafiəçisi Şer Ndur karyerasını "Braqa"da davam etdirəcək.
90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O, Portuqaliya klubunun 19 yaşlı yarımmüdafiəçinin icarəsi ilə bağlı parislilərin rəhbərliyi ilə anlaşdığını qeyd edib. Futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcəyi və daha sonra rəsmi müqavilə imzalayacağı bildirilir.
Ndour PSJ-yə 2023-cü ilin yayında "Benfika"dan azad agent kimi keçib. Bu mövsüm 19 yaşlı yarımmüdafiəçi parislilərin heyətində bir qol vurduğu bütün turnirlərdə cəmi dörd natamam oyun keçirib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 4 milyon avrodur.