27 iyul 2024. Şənbə

Belçika klubundan "Atletiko Madrid"ə

"Atletiko Madrid" klubu yarımmüdafiəçi Artur Vermerenin transferi üçün "Antverpen" klubu ilə razılığa gəlib.


  • Transfer
  • 23:59 23.01.2024
  • Oxunma sayı: 103
Belçika klubundan "Atletiko Madrid"ə

"Atletiko Madrid" klubu yarımmüdafiəçi Artur Vermerenin transferi üçün "Antverpen" klubu ilə razılığa gəlib.

90deqiqe.az xəbər verir ki,  bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O,  Madrid klubunun 15 milyon avro təklifinin Belçika klubunun rəhbərliyi tərəfindən qəbul edildiyini qeyd edib. 

Daha əvvəl 19 yaşlı yarımmüdafiəçi ilə "Barselona"nın maraqlandığı bildirilirdi.

Bu mövsüm Vermeren Antverpen üçün bütün yarışlarda 32 oyunda iştirak edib, iki qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 30 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir