27 iyul 2024. Şənbə

"Zenit" onun üçün 9 milyon təklif etdi

Meksika "Amerika"sının yarımmüdafiəçi Alvaro Fidalqo karyerasını "Zenit"də  davam etdirə bilər.


  • Transfer
  • 10:34 24.01.2024
  • Oxunma sayı: 79
"Zenit" onun üçün 9 milyon təklif etdi

Meksika "Amerika"sının yarımmüdafiəçi Alvaro Fidalqo karyerasını "Zenit"də  davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi ispan futbolçu üçün 9,2 milyon avro təklif edib.

26 yaşlı futbolçu Avropa futboluna qayıtmağa hazırdır, lakin sövdələşməni yekunlaşdırmaq çətin olacaq. Buna səbəb Meksika banklarının Rusiyaya qarşı maliyyə sanksiyalarına əməl etməsidir.

Fidalqo "Real Madrid"in yetirməsidi və akademiyadan "Castilla"ya qədər yüksəlib.

Alvaro 2021-ci ilin iyulunda "Amerika"ya keçib. Transfer məbləği 1 milyon avro olub.Oyunçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Meksika çempionatının bu mövsümündə Fidalqo 14 oyunda iştirak edib, bir qol vurub, bir məhsuldar ötürmə edib.

18 turdan sonra "Zenit" 36 xalla RPL-də ikinci pillədə qərarlaşıb. Çempionata 38 xalla “Krasnodar” başçılıq edir 







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir