- Transfer
- 18:38 24.11.2024
"Sevilya"nın hücumçusu Rafael Mir karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, "Torino" klubu ispan forvardı transfer etmək istəyir.
Hazırda danışıqların ilkin mərhələdə olduğu bildirilir.
Rafa 2022-ci ildə "Vulverhempton"dan "Sevilya"ya keçib. 26 yaşlı futbolçunun Əndəlüs təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Futbolçu La Liqanın cari mövsümündə 20 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.