24 oktyabr 2024. Cümə axşamı

Kərim Benzema "Əl-İttihad"dan ayrılır? - özü açıqladı

"Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema komandadan ayrılacağı ilə bağlı açıqlama verib.


  • Transfer
  • 15:02 24.01.2024
  • Oxunma sayı: 79
Kərim Benzema "Əl-İttihad"dan ayrılır? - özü açıqladı

"Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema komandadan ayrılacağı ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, fransız forvard bunun tamam yalan olduğunu bildirib.

"Bu tam yalandır! Fransa mediası daha nə yazacağını bilmir."

Daha əvvəl futbolçunun karyerasını İngiltərədə davam etdirə biləcəyi bildirilirdi.

Qeyd edək ki, 36 yaşlı oyunçu ötən yay azad agent kimi "Əl İttihad"a keçib. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.







Transfer