24 oktyabr 2024. Cümə axşamı

"Bavariya" onun transferindən imtina etdi

"Bavariya" rəhbərliyi PSJ-nin cinah oyunçusu Nordi Mukielenin transferindən imtina edə bilər.


  • Transfer
  • 19:51 24.01.2024
  • Oxunma sayı: 81
"Bavariya" onun transferindən imtina etdi

"Bavariya" rəhbərliyi PSJ-nin cinah oyunçusu Nordi Mukielenin transferindən imtina edib.

90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, münhenlilərin 26 yaşlı müdafiəçi üçün yüksək məbləğ ödəmək istəmədiyi üçün bu addımı atdığını qeyd edib. 

Mukiele 2022-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm müdafiəçi parislilərin heyətində bütün turnirlərdə 10 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 12 milyon avrodur.







Transfer