27 iyul 2024. Şənbə

Ərəblər istəyir, Lukaku “Roma”nı gözləyir

 İcarə əsasında "Roma"da çıxış edən müqavilə ilə "Çelsi"yə məxsus olan hücumçu Romelu Lukaku  İtaliyada qala bilər.


  • Transfer
  • 20:22 24.01.2024
  • Oxunma sayı: 69
Ərəblər istəyir, Lukaku “Roma”nı gözləyir

 İcarə əsasında "Roma"da çıxış edən müqavilə ilə "Çelsi"yə məxsus olan hücumçu Romelu Lukaku  İtaliyada qala bilər.

90deqiqe.az “Football Italia”ya istinadən xəbər verir ki, “canavarlar”ın rəhbərliyi belçikalı forvardın oyunundan razı qalıb və onu komandada saxlamaq niyyətindədir. Lakin, paytaxt klubu Lukaku üçün tələb olunan məbləği ödəmək çətin çəkəcək. Buna səbəb "Çelsi"nin Lukakunu 43 milyon avro qiymətləndirməsidir."Roma" yalnız Çempionlar Liqasına vəsiqə qazandığı təqdirdə bu transferi reallaşdıra biləcək.

"Əl-Hilal"ın isə Lukaku üçün iddiasını davam etdirir. Səudiyyəlilərin nümayəndələri bu yay belçikalı ilə əlaqə saxlayacaq və ona 30 milyon avro maaşla iki illik müqavilə təklif edəcəklər.

Bu mövsüm Lukaku "Roma"nın heyətində bütün yarışlarda 26 oyun keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun "Çelsi" ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir