8 sentyabr 2024. Bazar günü

"Lester" onun transferi üçün "İnter"lə anlaşmağa yaxındır

İtaliya "İnter"i və "Lester" yarımmüdafiəçi Stefano Sensinin transferində razılaşmağa yaxındır.


  • Transfer
  • 20:39 24.01.2024
  • Oxunma sayı: 93
"Lester" onun transferi üçün "İnter"lə anlaşmağa yaxındır

İtaliya "İnter"i və "Lester" yarımmüdafiəçi Stefano Sensinin transferində razılaşmağa yaxındır.

90deqiqe.az  xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, “tülkülər”in baş məşqçisi Enzo Mareskanın italiyalı ilə şəxsən maraqlandığını və onun heyətin gücləndirilməsi kimi gördüyünü eyni zamanda  İngiltərə Premyer Liqasına çıxmaq uğrunda mübarizədə onun köməyinin olacağına inandığını qeyd edib.

Stefano Sensi İtaliya millisinin üzvüdür. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda "İnter"in heyətində 4 matçda 65 dəqiqə meydanda olub. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 4 milyon avrodur.

Xatırladaq ki, ötən mövsüm İngiltərə Premyer Liqasında 18-ci yeri tutan və İngiltərənin elit divizionunu tərk edən “Lester” hazırda Çempionşip cədvəlində birinci yerdədir. Ən yaxın təqibçi ilə fərq yeddi xaldır.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda