24 oktyabr 2024. Cümə axşamı

"Barselona"nı “Beşiktaş”a dəyişir?

"Barselona"nın yarımmüdafiəçisi Oriol Romeu karyerasını Türkiyədə davam etdirə bilər.


  • Transfer
  • 21:06 24.01.2024
  • Oxunma sayı: 171
"Barselona"nı  “Beşiktaş”a dəyişir?

"Barselona"nın yarımmüdafiəçisi Oriol Romeu karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.az "Football Espana"ya istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin xidmətində “Beşiktaş” klubu maraqladr. İstanbul rəhbərliyi cari transfer pəncərəsində ispan futbolçunu transfer etmək üçün təklif göndərməyə hazırlaşır.

Romeu "Barselona"nın məzunudur və ötən yay Kataloniya klubuna qayıdıb. Bu mövsüm yarımmüdafiəçi "mavi qranatlar"ın heyətində 21 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 3 milyon avrodur.







Transfer