24 oktyabr 2024. Cümə axşamı

14 ildən sonra başladığı yerə qayıtdı

 Çiçarito kimi tanınan “Mançester Yunayted”in keçmiş hücumçusu Xavyer Hernandez ilk peşəkar klubuna qayıdıb.


  • Transfer
  • 21:29 24.01.2024
  • Oxunma sayı: 111
14 ildən sonra başladığı yerə qayıtdı

 Çiçarito kimi tanınan “Mançester Yunayted”in keçmiş hücumçusu Xavyer Hernandez ilk peşəkar klubuna qayıdıb.

90deqiqe.az xəbər verir ki, meksikalı forvard karyerasını ölkəsində davam etdirəcək.

35 yaşlı futbolçu 2006-2010-cu illərdə formasını geyindiyi “Qvadalaxara” ilə müqavilə bağlayıb. O, Meksika təmsilçisinə ABŞ-ın “Los Anceles Qalaksi” klubundan keçib.

Qeyd edək ki, Çiçarito  karyerası ərzində "Mançester Yunayted", "Real Madrid", “Bayer 04”, Vest Hem" və “Sevilya” kimi komandaların formasını geyinib.

"Qvadalaxara" forvardın doğma klubudur. O, 1997-ci ildə, 9 yaşında olarkən Qvadalaxaranın akademiyasında məşqlərə başlayıb və 2010-cu ildə həmin komandadan "Mançester Yunayted"ə keçib.







Transfer