24 oktyabr 2024. Cümə axşamı

"Atletiko Madrid" onun üçün "Yuventus"la anlaşdı

"Yuventus"un hücumçusu Moise Kin icarə əsasında "Atletiko Madrid"ə keçməyə yaxındır.


  • Transfer
  • 21:42 24.01.2024
  • Oxunma sayı: 98
"Atletiko Madrid" onun üçün "Yuventus"la anlaşdı

"Yuventus"un hücumçusu Moise Kin icarə əsasında "Atletiko Madrid"ə keçməyə yaxındır.

90deqiqe.az xəbər verir ki, Madrid klubu italyan hücumçunun icarəsi üçün 500 min avro ödəyəcək. Müqaviləyə satın alma şərti daxil olmayacaq.

Kin 2010-2019-cu illərdə "Yuventus"da olub, sonra "Everton"a keçib. Bu mövsüm forvard turinlilərin heyətində effektli olmadığı bütün turnirlərdə 12 oyunda iştirak edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 18 milyon avrodur.







Transfer