24 oktyabr 2024. Cümə axşamı

"Fənərbağça"nın futbolçusu top klubların hədəfində

"Fənərbağça"nın yarımmüdafiəçisi Sebastyan Şimanski karyerasını top klublarda davam etdirə bilər.


  • Transfer
  • 22:42 24.01.2024
  • Oxunma sayı: 100
"Fənərbağça"nın futbolçusu top klubların hədəfində

"Fənərbağça"nın yarımmüdafiəçisi Sebastyan Şimanski karyerasını top klublarda davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində “Real Sosyedad”, “Napoli”, “Tottenham” və “Arsenal” klubları maraqlıdır. Adıçəkilən komandalar polşalı futboçunu qış transfer pəncərəsi zamanı heyətinə qatmaq üçün mübarizə aparır.

Xatırladaq ki, Şimanski 2019-2022-ci illərdə Moskva "Dinamo"sunda çıxış edib.Poşalı oyunçu 2023-cü ilin iyulundan "Fənərbağça"da çıxış edir. Bu mövsüm İstanbul təmsilçisinin heyətində bütün turnirlərdə 33 oyunda iştirak edən yarımmüdafiəçi 12 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 20 milyon avrodur.







Transfer