6 dekabr 2025. Şənbə

Beşiktaş İtaliya klubu ilə razılaşdı


  • Transfer
  • 14:15 11.07.2019
  • Oxunma sayı: 458
Beşiktaş İtaliya klubu ilə razılaşdı

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Dorukhan Toköz karyerasını İtaliyada davam etdirə bilər

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bir neçə dəfə “Udineze”nin təklifini rədd edən "Qara qartal"larla razılıq əldə olunub. İtaliya klubunun 23 yaşlı futbolçu üçün “Beşiktaş”a 10 milyon avro ödəyəcəyi bildirilir.

“Udineze”nin bu transferi qısa zamanda rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Dorukhan, ötən mövsüm bu komanda ilə meydana çıxdığı 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə yadda qalıb







Transfer