27 iyul 2024. Şənbə

"Mançester Yunayted" Marsialın gələcəyi ilə bağlı qərarını verdi

"Mançester Yunayted"in hücumçusu Antoni Marsial bu yay komandadan ayrılacaq. 


  • Transfer
  • 23:57 24.01.2024
  • Oxunma sayı: 78
"Mançester Yunayted" Marsialın gələcəyi ilə bağlı qərarını verdi

"Mançester Yunayted"in hücumçusu Antoni Marsial bu yay komandadan ayrılacaq. 

90deqiqe.az "Deadline"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" rəhbərliyi fransalı futbolçu ilə iyunda başa çatacaq hazırkı əmək müqaviləsini yeniləməyəcək. Mankunianlılar bu barədə Martialı xəbərdar ediblər. Bildirilir ki, indi o, yeni komanda axtarışına başlaya bilər.

Daha əvvəl “Mançester Yunayted”in forvardı Antoni Marsialın qasıq nahiyəsindən aldığı zədə səbəbindən əməliyyat olunduğu açıqlanmışdı . Onun 10 həftə sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

Xatırladaq ki, Marsial 2015-ci ildən “Mançester Yunayted”də çıxış edir. Transfermarkt internet portalı Antoninin bazar dəyərini 15 milyon avro qiymətləndirir.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir