8 sentyabr 2024. Bazar günü

"Yuventus"un yeni hədəfi

"Yuventus" yayda heyətini "Atalanta"nın yarımmüdafiəçisi Teun Koepmainerslə gücləndirə bilər.


  • Transfer
  • 14:57 25.01.2024
  • Oxunma sayı: 79
"Yuventus"un yeni hədəfi

"Yuventus" yayda heyətini "Atalanta"nın yarımmüdafiəçisi Teun Koepmainerslə gücləndirə bilər.

90deqiqe.az xəbər verir ki,  bu barədə jurnalist Canluka Di Marzio  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, Turin təmsilçisinin 25 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazır olduğunu bildirib.Byankonerilərin nümayəndələri fevralda "Atalanta" ilə danışıqlara başlayacaq.

Niderlandlı futbolçu 2021-ci ildən "Atalanta"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi Berqamasklıların heyətində bütün turnirlərdə 26 oyunda iştirak edib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 40 milyon avrodur.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda