- Transfer
- 18:38 24.11.2024
"Bavariya"nın müdafiəçisi Coşua Kimmix İngiltərənin "Liverpul" və "Mançester Siti" klublarının diqqət mərkəzinə düşüb.
90deqiqe.az xəbər verir ki, jurnalist və insayder Kristian Falk "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O,adıçəkilən klubların alman oyunçu üçün mübarizə apardığını qeyd edib.
Daha əvvəl 28 yaşlı futbolçu xidmətində “Barselona”nın da maraqlı olduğu iddia edilirdi.
. Kimmixin "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir. Nüfuzlu “Transfermarkt” internet portalı Coşuanın bazar dəyərini 75 milyon avro qiymətləndirir.Bu mövsüm almaniyalı Almaniya çempionatında 14 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Kimmix 2015-ci ildən "Bavariya"da çıxış edir.
Bundesliqanın cari mövsümündə 18 turdan sonra Münhen klubu lider Bayer Leverkuzendən 4 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.