27 iyul 2024. Şənbə

"Real Sosyedad"ın futbolçusu "Liverpul"a keçir?

"Real Sosyedad"ın vingeri Takefusa Kubo "Liverpul"un diqqət mərkəzinə düşüb.


  • Transfer
  • 21:14 25.01.2024
  • Oxunma sayı: 84
"Real Sosyedad"ın futbolçusu "Liverpul"a keçir?

"Real Sosyedad"ın vingeri Takefusa Kubo "Liverpul"un diqqət mərkəzinə düşüb.

90deqiqe.az xəbər verir ki, Bu barədə "Relevo" məlumat yayıb.

Mənbənin məlumatına görə, hələ qış transfer pəncərəsi açılmamışdan əvvəl Mersisayd klubu potensial transferin təfərrüatlarını öyrənmək üçün “Real Sosyedad”la əlaqə saxlayıb. Lakin futbolçunun özü bu mövsümün sonuna qədər La Liqa klubunda qalmaq niyyətində olduğu üçün "Liverpul"a keçmək təklifindən imtina edib. "Liverpul" Kubo üçün bu yayda yenidən təklif göndərəcəyi vurğulanıb.

Xatırladaq ki, bu mövsüm Kubo bütün turnirlərdə 25 matçda iştirak edib, altı qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir