24 oktyabr 2024. Cümə axşamı

"Bavariya"nın növbəti təklifi də rədd edildi

"Bavariya" "Qalatasaray"ın müdafiəçisi Saşa Boe üçün növbəti təklifini göndərib.


  • Transfer
  • 23:01 25.01.2024
  • Oxunma sayı: 137
"Bavariya"nın növbəti təklifi də rədd edildi

"Bavariya" "Qalatasaray"ın müdafiəçisi Saşa Boe üçün növbəti təklifini göndərib.

90deqiqe.az xəbər verir ki,  Münhen klubu 15 milyon avro üstəgəl bonuslar təklif etsə də, “Qalatasaray” daha çox pul almaq istəyir. Bu təklifin rəsmi olmadığı qeyd edilir. Tərəflər danışıqları İstanbulda davam etdirəcək.

Daha əvvəl Türkiyə klubunun futbolçu üçün 20-25 milyon avro almaq istədiyi bildirilirdi.

23 yaşlı Saşa Boe 2021-ci ilin iyulundan "Qalatasaray"da çıxış edir. Onun Türkiyə çempionatından klubla hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir. “Transfermarkt” internet portalı fransız müdafiəçinin bazar dəyərini 22 milyon avro qiymətləndirir.Bu mövsüm Boe komandasının heyətində 31 matçda iştirak edib və iki qol vurub.







Transfer