24 oktyabr 2024. Cümə axşamı

"Əl-İttihad" Benzemaya əvəzləyici tapdı

"Zenit" klubunun hücumçusu Mateo Kasyerra karyerasını "Əl-İttihad"da davam etdirə bilər.


  • Transfer
  • 23:32 25.01.2024
  • Oxunma sayı: 82
"Əl-İttihad" Benzemaya əvəzləyici tapdı

"Zenit" klubunun hücumçusu Mateo Kasyerra karyerasını "Əl-İttihad"da davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, bu  barədə jurnalist Culian Kapera "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Forvardla "Əş-Şabab" da maraqlanır. 

Mənbənin məlumatına görə, “Əş-Şəbab” kolumbiyalı hücumçunu almaq üçün artıq təklif edib. Əl-İttihad Kassierranı komandanın ulduz hücumçusu Kərim Benzemanın mümkün əvəzləyicisi kimi nəzərdən keçirir, o, tezliklə klubu tərk edib Avropaya qayıda bilər.

Xatırladaq ki, bu mövsüm 26 yaşlı Mateo "Zenit"in heyətində bütün turnirlərdə 22 oyun keçirib və 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Kassierranın "mavi-ağ-mavilər"lə hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Transfermarkt internet portalı kolumbiyalı hücumçunun bazar dəyərini 9 milyon avro qiymətləndirir.Qış fasiləsinə kimi "Zenit" RPL-də ikinci yeri tutur.







Transfer