27 iyul 2024. Şənbə

Benzema "Real"a qayıdacaq? - qardaşı açıqladı

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzemanın qardaşı fransalı forvardın "Real Madrid"ə mümkün qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


  • Transfer
  • 09:47 26.01.2024
  • Oxunma sayı: 71
Benzema  "Real"a qayıdacaq? - qardaşı açıqladı

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzemanın qardaşı fransalı forvardın "Real Madrid"ə mümkün qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

90deqiqe.az xəbər verir ki, o, bu iddiaların doğru olmadığını söyləyib.

"Saxta xəbərlər" - deyə, Benzemanın qardaşı qeyd edib.

Daha əvvəl bildirilmişdi ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Los Blancos” rəhbərliyinin “Kral Klubunun” keçmiş hücumçusu Kərim Benzemanı geri qaytarmaqda israrlıdır.

Xatırladaq ki, Benzema ötən yay azad agent kimi “Əl-İttihad”a keçmişdi. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir