8 sentyabr 2024. Bazar günü

Xavinin yerinə Motta?

"Bolonya"nın baş məşqçisi Tiaqo Motta, növbəti mövsüm "Barselona"nın "sükanı arxasına" keçə bilər.


  • Transfer
  • 15:56 26.01.2024
  • Oxunma sayı: 102
Xavinin yerinə Motta?

"Bolonya"nın baş məşqçisi Tiaqo Motta, növbəti mövsüm "Barselona"nın "sükanı arxasına" keçə bilər.

90deqiqe.az xəbər verir ki,  Blaugrana prezidenti Joan Laporta Mottanın rəhbərliyi altında komandanın cəsarətli oyun göstərəcəyinə inandığı üçün onu bu post üçün əsas namizəd olaraq görür.

 "Bolonya" Mottanın rəhbərliyi altında  58 oyun keçirib (25 qələbə, 17 heç-heçə və 16 məğlubiyyət). A Seriyasının cari mövsümündə “qırmızı-göylər” 20 turdan sonra 32 xalla 7-ci yerdədir.

Əgər “Barselona”nın hazırkı baş məşqçisi Xavi vəziyyəti stabilləşdirə bilmirsə və komandada tənəzzül davam edirsə, bu mövsümün sonunda onu ehtiyatda olan məşqçi Rafael Markes əvəzləyə bilər.

Daha əvvəl bildirilmişdi ki, “mavi qranat”ın rəhbərliyi yayda Xavinin gələcəyi ilə bağlı qərar verəcək.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda