27 iyul 2024. Şənbə

"Mançester Yunayted" hüçumçu istəyir : Erik Ten Haq açıqladı


  • Transfer
  • 20:45 26.01.2024
  • Oxunma sayı: 90
"Mançester Yunayted" hüçumçu istəyir : Erik Ten Haq açıqladı

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq bildirib ki, İngiltərə komandası cari transfer pəncərəsində yeni hücumçu ilə müqavilə imzalamayacaq. Hollandiyalı mütəxəssisin fikrincə, mankunianlılar maliyyə feyr-pleyinə görə yeni oyunçu ala bilmir.

90deqiqe.az jurnalist Fabrizio Romano sosial şəbəkələrdə paylaşdığı məlumata əsasən xəbər verir ki, Erik bu sözləri deyib : “Mən hücumu gücləndirmək variantlarına baxırdım, lakin maliyyə ədalətli oyuna görə yeni oyunçu ala bilmirik. Təbii ki, hücumçu kimi oynaya bilən Markus Raşford da var. Bizim bir neçə başqa alternativimiz də var”, 

Daha əvvəl “Mançester Yunayted”in hücumçusu Antoni Marsialın qasıq nahiyəsindən aldığı zədə səbəbindən əməliyyat olunduğu məlum olub. Fransız hücumçunun cəmi on həftədən sonra Erik ten Haqın komandasına qayıdacağı gözlənilir.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir