8 sentyabr 2024. Bazar günü

"Qarabağ" Kurro Sançes ilə maraqlanır


  • Transfer
  • 20:50 26.01.2024
  • Oxunma sayı: 145
"Qarabağ" Kurro Sançes ilə maraqlanır

"Qarabağ" heyətini gücləndirməyi planlaşdırır.


90deqiqe.az xəbər verir ki, Ağdam təmsilçisi hazırda Sequndada çıxış edən Kurro Sançes ilə maraqlanır. Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ" bu mövsüm Sequndada 23 matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan ispaniyalıya 3 illik müqavilə təklif eləyib.

"Burqos"la sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatacaq Sançes Azərbaycan təmsilçisinə gəlməyə razılaşıb. Amma İspaniya klubu hələlik keçidə razılaşmayıb və 28 yaşlı futbolçuya görə 500 min avro təzminat istəyib.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda