- Transfer
- 18:38 24.11.2024
"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç karyerasını Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubuna keçə bilər.
90deqiqe.az "Relevo"ya istinadən xəbər verir ki, ərəblər hazırda xorvatiyalı futbolçu ilə danışıq aparır. Rakitiç "Sevilya"nın yeni baş məşqçisi Kike Sançes Floresin rəhbərliyi altında aldığı oyun müddətindən narazı olduğu üçün bu keçidə müsbət yanaşır.
35 yaşlı futbolçu artıq Əndəlüs təmsilçisinin bəzi əməkdaşları ilə vidalaşıb.
Xatırladaq ki, Rakitiç 2020-ci ildə “Barselona”dan “Sevilya”ya qayıdıb. Bundan əvvəl, 2011-2014-cü illər arasında o, Əndəlüs klubunda da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 323 matçda iştirak edib, 51 qol vurub və 63 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.