- Transfer
- 18:38 24.11.2024
"Tottenhem" klubu yanvar pəncərəsi bağlanmadan yarımmüdafiəçi Konor Qallagerin transferi üçün "Çelsi"yə yeni təklif göndərməyə hazırlaşır,
90deqiqe.az-ın məlumatına görə, bu ay klub rəhbərliyi müqavilə ilə bağlı "zadəganlar"la danışıqlar aparıb, lakin qərb londonlular oyunçu üçün 90 milyon avrodan çox almaq istəyirlər.
Konor “Çelsi” akademiyasının yetirməsidir və 2018-ci ildən əsas komandada çıxış edir. “Mavilər”lə birlikdə Qallager 2018/2019 mövsümündə Avropa Liqasının qalibi olub. Nüfuzlu “Transfermarkt” internet portalı ingilis yarımmüdafiəçinin təxmini dəyərini 42 milyon avro qiymətləndirir.Konor Qallagerin “Çelsi” ilə hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Bu mövsüm ingilis yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 28 oyunda iştirak edib və 6 məhsuldar ötürmə edib.