- Transfer
- 18:38 24.11.2024
"Arsenal"ın yarımmüdafiəçisi Fabio Vieyra karyerasını "Monako"da davam etdirə bilər.
90deqiqe.az-ın məlumatına görə, knyazlıq təmsilçisi portuqaliyalı futbolçunu icarə əsasında heyətinə qatmaqda maraqlıdır,
Futbolçunun hazırkı transfer pəncərəsində London klubunu tərk etmə ehtimalı yarımmüdafiəçi Emil Smit-Rounun meydana qayıtmasından sonra artıb.
Vieira 2022-ci ildə bonuslarla birlikdə 40 milyon avro qarşılığında "Porto"dan "Arsenal"a keçib. Bu mövsüm portuqaliyalı "topçular"ın heyətində 14 matçda iştirak edib, o, iki qol vurub və dörd məhsuldar ötürmə verib.
Liqa 1-in cari mövsümünün 18 turundan sonra “Monako” 33 xal toplayıb və hazırda çempionatın dördüncü pilləsində qərarlaşıb.